Almondpark yaşayış kompleksi

Layihə Haqqqında

Prezident İlham Əliyev cənablarının tapşırıq və göstərişi ilə Bakı şəhərində XIX əsrin sonu və XX əsrin əvvəllərində inşa edilmiş, istismar müddəti keçdiyi üçün yararsız hala düşmüş mənzil fondunun sökülərək, yerində yeni çoxmənzilli yaşayış binalarının tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər sürətlə davam etməkdədir.

Cənab Prezidentin göstərişinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 322 saylı 8 oktyabr 2015-ci il tarixli “Bakı şəhəri, Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” formatında rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi də bu planın bir hissəsidir.

Almond Park şirkəti olaraq tikintisini planlaşdırdığımız “Zeytunluq” layihəsi də Bakıxanov qəsəbəsində ABAD layihə çərçivəsində inşa olunacaqdır.

Əlverişli yerləşmə

“Zeytunluq” layihəsinin tikintisi infrastruktur baxımından əlverişli yer olan Bakıxanov qəsəbəsində planlaşdırılır. Yaşayış kompleksinin Bakıxanov Dəmiryolu Stansiyasına piyada məsafəsində, əsas nəqliyyat qovşaqlarının yaxınlığında yerləşməsi sakinlərimizin mənzil başına daha tez çatmasını təmin edəcək.

4 bloklu, 8 mərtəbəli yaşayış kompleksində gələcək sakinlərə 1-4 otaqlı geniş və işıqlı mənzillər təklif olunur. Avtomobillər üçün yeraltı dayanacağı, sakinlər üçün qapalı, geniş həyəti, uşaqlar üçün əyləncə yerlərinin olması kompleksin əsas üstünlüklərindəndir. Həmçinin, yaşayış kompleksi üçün ekoloji cəhətdən təmiz, sıx ağaclı ərazinin seçilməsi də nəzərə çatdırılmalıdır.

Tikinti